
Qarlı havada 165 nəfər xəsarət alıb.
Xeber4.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. Onlardan 13 nəfərə cərrahi müalicə tətbiq olunub.