InShot_20241019_155913469

“Qarabağ” klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

Xeber4.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi səfərdə ən çox qol vuran komanda adını qazanıb. Bu, Azərbaycan Premyer Liqasının X turunda baş tutub.

Belə ki, dünən Qurban Qurbanovun rəhbərlik etdiyi klub rəqib meydanında “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.

Sözügedən oyunda vurulan 3-cü qol “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolu olub. Bu qolun müəllifi isə Leandro Andrade olub.

Tovuzda “Kəpəz”lə gedən oyunda vurulan sonuncu qol isə klub tarixi çempionatda rəqib meydanlarındakı 650-ci qol kimi düşüb. Bu qolun sahibi isə Aleksey Kaşuk olub.

Qeyd edək ki, “Qarabağ” futbol kıubu 647 səfər qoluna sahib olan “Neftçi”ni keçib.

Ümumlikdə “Qarabağ” 650 qol vurduğu səfərdə 461 oyun keçirib.