InShot_20241230_204639271

Bakıda qadınları fahişəliyə cəlb edən gənclər barəsində cinayət işi açılıb.

Xeber4.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəmkir rayon sakini 1998-ci il təvəllüdlü qadın N.S. və Zərdab sakini 2000-ci il təvəllüdlü kişi F.T. Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) maddəsinə əsasən məsuliyyətə cəlb edilib.

Müəyyən edilib ki, onlar 2020-2024-cü illər ərzində 5 qadını pul müqabilində fahişəliyə cəlb edərək müxtəlif ünvanlarda görüşlər təşkil ediblər. N.S. və F.T. hər görüşdən 100 manat əldə edərək öz aralarında bölüb.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə onların hər birinə 3500 manat cərimə cəzası təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir