
Gəncədə qadın şəkilləri ilə şantaj edilib.
Xeber4.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gəncə şəhərində bir qadın Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edərək sosial şəbəkədə tanış olduğu Sadiq adlı bir nəfərin ona zəng edərək şəkillərini, o cümlədən haqqında rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı barəsində hədələdiyini bildirib.
Polis əməkdaşlarının tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sadiq Salehov saxlanılıb.
Qeyd edək ki, şantaj edən şəxs qadından 3000 manat pul da istəyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.