taksi

Bakının mərkəzində yolu bağlayıb taksi sürücüsünü döydülər.

Xeber4.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, gecə  saat 3 radələrində şəhərin Nizami küçəsində gediş haqqını istəyən taksi sürücüsü ilə sərnişin qadın arasında mübahisə yaranıb. Sərnişin zəng edərək öz tanışlarını hadisə yerinə çağırıb və onlar taksi sürücüsünə qarşı zor tətbiq ediblər.

Qeyd olunur ki, həmin şəxslər ictimai asayişi kobud şəkildə pozaraq cəmiyyətə  hörmətsizlik ediblər. Taksi sürücüsünə şiddət tətbiq etmiş şəxslər həm də avtomobillə yolu bağlayaraq avtomobillərin  hərəkətinə maneə törədiblər.