InShot_20250208_224357772

60 yaşlı qadın sirkə turşusu içərək həyatına qəsd edib.

Xeber4.az “Bakupost.az”a istinadən xəbər verir ki, hadisə İmişli rayonunda baş verib.

Qeyd olunur ki, 1965-ci il təvəllüdlü Zərifə Lətif qızı Abbasova sirkə turşusu içərək həyatına qəsd edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir