“Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək”.
Xeber4.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində deyib.
Ali Baş Komandan qeyd edib: “Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi Zəfərimizdir”.