Sentyabrın 6-da “The European House-Ambrosetti” beyin mərkəzi tərəfindən İtaliyanın Çernobbio şəhərində beynəlxalq forum keçiriləcək.
Xeber4.az “AZƏRTAC“a istinadən xəbər verir ki, prezident İlham Əliyev İtaliyaya işgüzar səfər çərçivəsində forumun əsas iştirakçı qonağı kimi çıxış edəcək.
Ölkə başçısının “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxışı nəzərdə tutulur.
Prezident İlham Əliyevin bu mötəbər Forumda əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir.
Qeyd edək ki, nüzuzlu forumda İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Macarıstan Baş naziri Viktor Orban və digər nüfzulu şəxslər iştirak edəcəklər.