Binəqədi rayonunun bəzi küçələrində 10.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Xeber4.az xəbər verir ki, bununla bağlı “Azəriqaz İB” məlumat yayıb.
Məlumatda S.S.Axundov küçəsi ilə Ş.Məmmədov küçəsinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması və 7-ci mikrorayon, F.Məlikov küçəsində qaz xəttinin və tənzimləyicinin, həmçinin Nizami rayonu, Çobanzadə küçəsi 61 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə qazların müvəqqəti olaraq kəsiləcəyi bildirilib.
Həmçinin təmir-bərpa işləri aparılan müddətdə Binəqədi rayonu üzrə S.S. Axundov küçəsinin bir hissəsinin, A. Kunanbayev və İ. Hacıyev küçələrinin, Nizami rayonu üzrə isə B.Çobanzadə küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.