Nərimanov rayonu Atatürk prospektində yerləşən mağazada satıcı işləyən şəxsin gödəkcəsindən 200 dollar və bank kartlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Xeber4.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat yayılıb.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.