Beynəlxalq konvensiyada uşaqlar 18-a qədər uşaq götürülür, amma bizdə 14 yaşda uşaq yaşı bitir və gənclik yaşı başlamış sayılır.
Xeber4.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, gələcəkdə bu məsələyə baxmağa ehtiyac var: “Çünki biz beynəlxalq konvensiyaya uyğun qanunlara dəyişiklik edirik. Amma bizdə “Gənclər siyasəti haqqında” qanunda uşaq yaşı 13 yaşda bitmiş sayılır”.