InShot_20250208_200645232

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Xeber4.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ağcakənd qəsəbəsində baş verib.

Belə ki, Qızılhacılı kənd sakini 30 yaşlı Yusif Orucov idarə etdiyi “Kamaz” markalı yük maşınını aşırıb. Qəza zamanı sürücü hadisə yerində həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir