Oplus_131072

Oplus_131072

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xeber4.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 8-də saat 15 radələrində rayonun Bayan kəndi ərazisində VAZ-2107 və “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-ın sürücüsü, 37 yaşlı Əyyub Əyyubov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib, “Mercedes”in sürücüsü Tural Lətifov və üç sərnişini isə yaralanıb.

Faktla bağlı cinayət işi açılıb.