
Azərbaycanda keçirilən növbədənkənar parlamant seçkiləri ilə bağlı 17:00-a olan seçici fəallığı açıqlanıb.
Xeber4.az “Oxu.az“a istinadən xəbər verir ki, saat 17:00-a qədər 33,82 faiz seçici səsvermə hüququndan istifadə edib.
Azad edilmiş ərazilərdə isə bu saata qədər(17:00) seçki fəallığının statistikası məlum olub:
118 saylı Ağdam-Xocalı – 38,76 %;
119 saylı Ağdam – 38%;
120 saylı Cəbrayıl-Qubadlı – 46,89 %;
121 saylı Laçın –39,93 %;
122 saylı Xankəndi –49,48 %;
123 saylı Kəlbəcər – 36,28%;
124 saylı Şuşa-Ağdam-Xocavənd –44,36 %;
125 saylı Zəngilan-Qubadlı – 43,7%
Ümumlikdə səs vermiş seçicilərin sayı 2 172 087 nəfərə çatıb.
Qeyd edək ki, seçkiyə saat 19:00-da yekun vurulacaq.