InShot_20241230_214705093

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təyyarə qəzası zamanı həlak olan bələdçi Hökumə Əliyevanın yas mərasimində iştirak edib. 

Xeber4.az “Qafqazinfo”ya istinad edərək xəbər verir ki, mərasimə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, RİH-in məsul əməkdaşları da qatılıblar.

Rəsmilər Hökumə Əliyevanın yaşadığı evinin önünə əklil qoyaraq, xatirəsinə ehtiramlarını ifadə ediblər. N. Bayramov Hökumə Əliyevanın ailə üzvləri ilə görüşüb, onlara dərin hüznlə başsağlığı verib, Milli Qəhrəmanımıza Allahdan rəhmət diləyib.

Hökumə Əliyevanın ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, bu il dekabrın 25-də AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Prezident İlham Əliyev baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Kşnyakin İqor İvanoviçə (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviçə (ölümündən sonra) və Əliyeva Hökumə Cəlil qızına (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Ekipajın sağ qalan üzvləri Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunublar.

Qeyd edək ki, Hökumə Əliyeva və digər həlak olan ekipaj üzvləri ötən gün II Fəxri xiyabanda dəfn edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir