cop29

Ermənistan bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin COP29 Konfransında iştirakla bağlı hələlik qərar qəbul etməyib.

Xeber4.az Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışı zamanı bildirib.

Yazıda qeyd edilib ki, daha əvvəl Azərbaycan Ermənistana konfransda iştirak etmək üçün dəvət göndərib.

“Biz qərar qəbul etməmişik. Lakin proseslər və dəyişən vəziyyət bu qərara təsir etməyə bilməz”, – deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, baş verənlərin və mövcud vəziyyətin qiymətləndirilməsi əsasında qərar veriləcək.