InShot_20240928_145113426

İsrailin baş naziri Benyamin Netanyahunun Birləşmiş Milətlər Təşkilatının Baş Assembleyasındakı çıxışı zamanı xeyli sayda diplomat iclası tərk edib.

Xeber4.azMiddle East Eye“a istinadən xəbər verir ki, diplomatlar Qəzzaya qarşı dağıdıcı müharibəyə və İsrailin Livana son hücumlarına etiraz əlaməti olaraq zalı tərk ediblər.

Benyamin Netanyahu isə bütün bunlara baxmayaraq, çıxışı zamanı qətiyyətli şəkildə bu sözləri deyib:

“Biz Hizbullahla müharibə vəziyyətindəyik. Nə qədər ki, “Hizbullah” müharibə yolunu seçir, İsrailin seçimi yoxdur. İsrailin bu təhlükəni aradan qaldırmaq və vətəndaşlarımızı təhlükəsiz şəkildə evlərinə qaytarmaq hüququ var”.

Xatırladaq ki, Netanyahunun bu çıxışından iki saat sonra İsrail qırıcıları Beyrutda xalqın sıx məskunlaşdığı bölgəyə hava zərbələri endirib.

Qeyd edək ki, İsrailin Qəzza və onun digər bölgələrinə hücumları nəticəsində 42000-dən çox insan həyatını itirib. İsrailin Livana son bir həftə ərzində aviozərbələri nəticəsəsində isə 700-dən çox insan həlak olub.