
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Xeber4.az İdmanxeber.az-a istinadən xəbər verir ki, seneqal əsilli ingiltərəli hücumçu Bassala Sambu artıq “Neftçi”nin futbolçusudur. 9 nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.
Karyerasına İngiltərədə başlayan Sambu, “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la İngiltərə Premyer Liqasının 23 yaşadək futbolçular arasında keçirilən çempionatın qalibi olub.
Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qol vurub.
