![InShot_20240928_223441017](https://xeber4.az/wp-content/uploads/2024/09/InShot_20240928_223441017-1024x575.jpg)
Azərbaycan Premyer Liqasında 8-ci tur çərçivəsində növbəti oyun baş tutub.
Xeber4.az “Qafqazinfo“ya istinadən xəbər verir ki, “Neftçi” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bununla da “Neftçi” artıq 8 oyundur ki, qələbəsizlik seriyasını davam etdirir.
Qonaqların heyətində 70-ci dəqiqədə Cordan Rezabala hesabı açıb. Meydan sahiblərində Yuri Matias 76-cı dəqiqədə tarazlığı bərpa edib.
Azərbaycan Premyer Liqası
8-ci tur
28 sentyabr
“Neftçi” – “Sumqayıt” 1:1
Qeyd edək ki, günün ilk matçında “Zirə” “Kəpəz”i üç cavabsız qolla üstələyib. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.