Neftçala rayonunda bədbəxt hadisə baş verib.
Xeber4.az xəbər verir ki, “Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Əsgərov Gündüz Çingiz oğlu öz həyətində iş görərkən diskli kəsici alətlə (laqonda) sağ ayağının barmaqlarını kəsib.
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.