Bütün Türkiyənin günlərlə ümidlə xəbər gözlədiyi, ancaq 19 gün sonra sarsıdıcı xəbəri alınan balaca Narin Güranın istintaqı çərçivəsində əmisinin bu cinayətdə birbaşa əli olduğu üzə çıxıb.
Xeber4.az-ın erdiyi məlumata görə, “Sabah” qəzeti istintaq çərçivəsində alınan ifadələrə istinadla belə bir xəbər yayıb.
Bildirilir ki, çay kənarına maşını ilə getdiyi müəyyən edildikdən sonra saxlanılan şübhəli etiraf edib ki, icra nümayəndəsi (Narinin əmisi – red.) cəsədi çuval içərisində ona verib.
“Çuvalı götürüb çaya atdım”, – deyə o əlavə edib.
Cinayətlə bağlı bu önəmli etirafdan sonra istintaq dərinləşdirilib. Aparılan ekspertiza zamanı Narinin çuvalda sol ayağının diz hissəsinin qopuq olduğu öyrənilib.
Qeyd edək ki, dünən Diyarbəkir valisi Murat Zorluoğlu Narin Güranın Eğertutmaz çayı kənarında çuval içərisində, üstü daşla gizlədilmiş vəziyyətdə ölü tapıldığını açıqlayıb.
“İlk məlumatlara görə uşaq öldürüldükdən sonra bir çuvalın içinə qoyulub çay kənarına gətirilib, torbayla birlikdə çayın kənarında suyun içinə yerləşdirilib. Üstü də ağac budaqları və daşlarla şübhə oyatmayacaq şəkildə, təbii görüntü yaradılaraq örtülüb”, – deyə o vurğulayıb.
Qeyd edək ki, istintaq çərçivəsində Narin Güranın anası, atası, iki qardaşı, dörd əmisi və həbs olunan əmisi S.G.-nin arvadı da daxil olmaqla 24 nəfər saxlanılıb.