83f80b65-m0qyz2jfb5bgx85ncqano

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) həyata keçirdiyi əməliyyat nəticəsində “Mossad”la əməkdaşlıq edən Kosovo vətəndaşı Liridon Rexhepi həbs edilib.

Xeber4.azNTV“yə istinadən xəbər verir ki, MİT “Mossad”ın Türkiyədəki pul şəbəkəsini idarə edən Liridon Rexhepinin olduğunu müəyyən edib.

Belə ki, Rexhepi Türkiyədə pilotsuz uçan aparatları vuran, fələstinli siyasətçilərə qarşı psixoloji əməliyyatlar aparan və İsrail Kəşfiyyat Xidmətinin göstərişi ilə Suriya sahəsində məlumatlar toplayan sahə personalına pul köçürdüyü müəyyən edilib.

Milli Kəşfiyyat Təşkilatının həyata keçirdiyi əməliyyatlar nəticəsində “Mossad”ın Türkiyədəki sahə personalına Kosovo başda olmaqla, Şərqi Avropa ölkələrindən pul köçürdüyü müəyyən edilib. Türkiyədəki sahə personalının “Mossad”dan aldıqları pulları Suriya sahəsində istifadə etdikləri aşkara çıxıb.

MİT tərəfindən izlənilən Liridon Rexhepi avqustun 30-da saxlanılıb. Pul köcürmələrini etiraf edən Rexhepi məhkəmənin qərarı ilə həbsxanaya göndərilib.

Qeyd edək ki, 25 avqust 2024-cü il tarixində Turkiyəyə daxil olan “Mossad” əməkdaşı Liridon Rexhepi bu vaxtdan etibarən izlənilməyə başlanılıb.