flyone

“FlyOne Armenia” Moldova ərazisində qadağan olunmuş aviaşirkətlər siyahısına daxil edilib.

Xeber4az xəbər verir ki, bu barədə kp.ru məlumat verib.

Qeyd olunur ki, İnfrastruktur və Regional İnkişaf Nazirliyinin fevralın 19-dan qüvvəyə minmiş müvafiq əmrində dünya üzrə 130-dan çox aviaşirkətin siyahısı var.

Nazirliyin əmri Avropa Komissiyasının reqlamentinin qəbulundan sonra verilib.

“FlyOne Armenia” İrəvan-Kişineu marşrutu üzrə həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirir. Belə ki, Rusiyaya və əks istiqamətdə uçuşlar Türkiyə və Azərbaycan üzərindən həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir