InShot_20241230_191611379

Bu gün Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib.

Xeber4.az “Qafqazinfo”ya istinad edərək xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb personalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onlara Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb.

Nazirliyin rəhbər heyəti hərbi qulluqçuların müalicə prosesi ilə maraqlanıb, onların tezliklə sağlamlıqlarına qovuşaraq ordu sıralarında xidmətlərini davam etdirmələrini arzulayıb və şəxsi heyətə bayram hədiyyələri təqdim edib.

Baş Klinik Hospitalın peşəkar tibb personalının xidmətləri yüksək qiymətləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir