1736090235_5465417936987612007

Mingəçevir şəhərində məcburi köçkünlərin yaşadığı ərazinin yaxınlığında güclü yanğın qeydə alınıb.

Xeber4.az “Report”a istinad edərək xəbər verir ki, ferma və köşklərin olduğu ərazidə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, köşklər yanğından mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir