InShot_20240915_134341262

Lionel Messi zədədən qayıtdıqdan sonra dörd dəqiqə ərzində vurduğu 2 qol İnter Miaminin Philadelphia Union-a 3-1 hesab ilə qalib gəlməsinə kömək olub.

Xeber4.azBBC“yə istinadən xəbər verir ki, Messi Kolumbiya üzərində qələbə qazanarkən topuğundan zədələndikdən sonra oynamamışdı.

Ancaq 37 yaşlı keçmiş “Barselona” ulduzu 90 dəqiqə oyunu oynadı.

Oyunda Filadelfiya 58 saniyədən sonra futbolçu Mikael Uhre ilə önə keçdi, lakin Mayami isə 26-cı dəqiqədə hesabı bərabərləşdirdi.

Messi matçdan sonra bu ifadələri işlədib:

“Mən çoxdan geri qayıtmaq istəyirdim, uzun müddət idi ki, meydandan kənarda idim. Yavaş-yavaş qrupla məşq edirdim, özümü yaxşı hiss edirdim və buna görə də başlamağa qərar verdik və çox xoşbəxtəm”,-deyə futbolçu qeyd edib.

Qeyd edək ki, Lionel Messi bu mövsüm 13 oyunda 14 qol vurub.