InShot_20241214_180039103

Gürcüstanda yeni prezident seçilidi.

Xeber4.az xəbər verir ki, futbol üzrə Gürcüstan milli komandasının keçmiş hücumçusu Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq.

Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

O, 300 seçicidən 224 səs toplayıb.

Mixail Kavelaşvili  1988-ci ildən 1995-ci ilə qədər futbolçu Tiflis “Dinamo”sunda çıxış edib, daha sonra Vladiqafqazın “Alaniya”sına keçib, “Mançester Siti”, “Qraşofer” və bir sıra digər Avropa klublarında fəaliyyət göstərib.

O, peşəkar məşqçilik fəaliyyəti ilə məşğul olmaq üçün UEFA lisenziyasına malikdir və futbol sahəsində mütəxəssisdir.

2016-cı ildən Gürcüstan parlamentinin üzvüdür. 20 mart 2024-cü ildən Xalqın Gücü Partiyasının siyasi katibidir.

Qeyd edək ki, yeni prezidentin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir