Leysan yağışları nəticəsində yaranan daşqınlar Mərkəzi və Şərqi Avropada – Ruminiya, Çexiya və Polşanı viran qoyub.
Xeber4.az “BBC“yə istinadən xəbər verir ki, Çexiyada daşqınlar səbəbi ilə 51 min evdə elektrik enerjisi kəsilib. Çexiyanın Baş naziri Petr Fiala ölkənin ağır həftəsonuna hazırlaşdığını söyləyib. Səlahiyyətlilər qum torbalarından və metal maneələrdən qoruyucu divarlar çəkiblər. Ölkənin iki yüksək liqasında bu həftəsonu keçirilməsi planlaşdırılan futbol oyunları da ləğv edilib. Həmçinin su basması səbəbi ilə binaların liftləri yararsız vəziyyətdə olduğu üçün sakinlər pilləkandan istifadə etməyə məcbur qalıblar. Bəzi yerlərdə isə telefon siqnalı işləmir və internet kəsilib.
Ruminiyada isə 700 ev su altında qalıb. Ruminiya prezidenti Klaus İohannis: “Avropa qitəsi drammatik nəticələrə səbəb ola biləcək iqlim dəyişkənliyi ilə üzləşib”,-deyə o, qeyd edib.
Polşanın Krakovda şəhərində isə daşqınlardan qorunmaq üçün qum torbalarından istifadə nəzərdə tutulub. Polşanın cənubundakı Glucholazy şəhərində yanğınsöndürənlər çayın yaxınlığında sakinləri qorumaq üçün qum yastığı baryerlər tikirlər.