
Abşeron rayonunda şagird məktəb binasından yıxılıb.
Xeber4.az xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə qeydə alınıb.
Məktəbdə təhsil alan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) ilkin məlumata görə, məktəb binasının üçüncü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.
Məktəbli ağır sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.