InShot_20240905_142133178

Balakəndə məktəbə məxsus anbarda yanğın olub.

Xeber4.az xəbər verir ki, APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Balakən rayonu Şərif kənd tam orta məktəbinin həyətində məktəbə məxsus ümumi sahəsi 80 kvadratmetr olan anbarda yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində anbarda olan 15 ədəd məktəbli masası, 2 ədəd lövhə, 2 ədəd şkaf və içəridə olan quru ot kütləsi yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.