1000106128

Masallıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Xeber4.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralında, Masallı rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes VITO” markalı minik avtomobili yolu keçmək istəyən, rayonunun Sərçuvar kənd sakini, 1980-cı il təvəllüdlü Məhərrəm Əlihüseyn oğlu Seyfiyevi vurub.

Sürücü piyadanı avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Buna baxmayaraq, M.Seyfiyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.