InShot_20241007_181209914

“Mançester Yunayted” 35 ildə İngiltərə Premyer Liqasının ən uğursuz startını edib.

Xeber4.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” bu mövsüm 2 qələbə qazanıb, 2 heç-heçə edib və 3 məğlubiyyətlə üzləşiblər.

Erik ten Haqın komandası hazırda 8 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bu, “Mançester Yunayted”in ilk 7 turda 7 xal topladığı 1989-90 mövsümündən bəri ən uğursuz göstəricisidir.

Həmin mövsüm “Mançester Yunayted” 14-cü olub.

Bu da, Ser Aleks Ferqyusonun rəhbərliyi altında komandanın ən uğursuz nəticəsi olub.