
“Əminəm ki, Mahir Emreli ən azı yarım saat oynaya biləcək”.
Xəbər4.az “Bild” nəşrinə istinadən xəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze deyib.
“Mahirin əvvəldən oynayıb-oynamayacağını hələlik bilmirəm. Bu, onun üçün erkən ola bilər”, – deyə o bildirib.
Qeyd edək ki, azərbaycanlı hücumçu “Ulm” komandasına səfərdə 2:1 hesabı ilə qalib gəldikləri II Bundesliqanın V turunun matçında iştirak ərizəsində yer alıb. “Nürnberq” sentyabrın 21-də “Herta”nı qəbul edəcək.