0689a763-2e94-4854-9461-5f35723b9ca0.jpg

Sentyabrın 17-si tarixində Livanda Hizbullah tərəfindən istifadə edilən əl peycerlər (radioötürücülər) partladılıb.

Xeber4.azBBC“yə istinadən xəbər verir ki, İsrailin Livanda portativ radioların partladılması nəticəsində azı 9 nəfər həlak olub. Ölənlər arasında Hizbullah üzvünün qızı da olub. 2750 nəfər isə yaralanıb. Yarlananlarda 200-nün vəziyyəti ağırdır.

Xəsarət alanlar arasında İranın Livandakı səfiri Moctaba Amani də olub. İran Dövlət Televiziyası səfirin heç bir təhlükəsi olmadığını bildirib.

HƏMAS isə bu hücumda İsraili günahlandıraraq cəzasını alacağını söyləyib. Hətta HƏMAS Amerikanın İsrailə dəstək olduğunu da bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə HƏMAS’ın ittihamına cavab olaraq bildirib ki, ABŞ bu işə qarışmayıb və hadisədən əvvəlcədən xəbərdar olmadığı üçün məlumat toplayır.

İsraildən isə hələ ki, cavab gəlməyib.

Qeyd edək ki, partlayışlara görə Livanda 90 mindən çox insan evlərini tərk etməyə məcbur qalıb.

Partlayışlardan sonra Livan