InShot_20240930_233439618

Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb.

Xeber4.az “Qafqazinfo”ya istinad edərək xəbər verir ki, hadisə Lənkəran rayonunun Zövlə kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Vüsal Lütvəli oğlu Qarazədənin meyiti özünə məxsus tövlədə asılmış vəziyyətdə tapılıb.

Qeyd edək ki, V. Qarazadə iki uşaq atası idi.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.