InShot_20240922_122008892

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Xeber4.azQafqazinfo“a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran-Boradigah-Masallı yolunda, rayonun Girdəni kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobilləri toqquşub, daha sonra nəqliyyat vasitələrindən biri yol kənarındakı kanala aşıb.

Qəzada dörd nəfər – 1948-ci il təvəllüdlü Nəsibə Ağayeva, 1982-ci il təvəllüdlü Xəyalə Ramizli, 1957-ci il təvəllüdlü Arifə Fərzullayeva və 2006-cı il təvəllüdlü Həsən Fərzullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Qeyd edək ki, xəsarət alanlar toydan gəlirmişlər.

Faktla bağlı araşdırma aparılır.