berdiyev

“Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyev komandadan ayrılmaq istəyib.

Xeber4.az  “Sportinfo.az” a istinadən xəbər verir ki, iyun ayında sükan arxasına keçən rusiyalı mütəxəssis “Səbail”lə səfər matçından (1:1) sonra bu istəyini klub rəhbərliyinə çatdırıb.

72 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqanın 13-cü turunda qeydə alınan uğursuz matçdan sonra müqaviləni pozmaq fikrinə düşüb.

Qeyd edək ki, klub rəsmiləri Berdıyevi komandada qalmağa razı sala biliblər.