Kreml son günlərdə Tramp və Putinin apardıqları danışdıqlarla bağlı xəbərlərin uydurma olduğunu bildirib.
Xeber4.az “Reuters”ə istinadən xəbər verir ki, Kreml ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Vladimir Putinlə danışması ilə bağlı xəbərləri təkzib edib.
Rusiya dövlət rəsmisindən yayılan məlumata görə, Trampın Putinə Ukrayna müharibəsini qızışdırmamalı olduğunu söyləməsi kimi danışıqların aparılması tamamilə uydumadır, yəni belə danışıqlar baş tutmayıb.
Həmçinin Peskov jurnalistlərə açıqlamasında Putinin Trampla gələcək dönəmlərdə aparılacaq danışıqlarla bağlı bu ifadəni işlədib: “Hələlik konkret plan yoxdur”,-deyə o qətiyyətlə bildirib.