
Tanınmış karate müəllimi Tərlan Cavadov həbs edilib.
Xeber4.az “Oxu.az“a istinadən xəbər verir ki, o tələbəsi ilə arasında yaşanan insident səbəbindən saxlanılıb.
Qeyd edək ki, T.Cavadov uzun illərdir karate üzrə tələbə hazırlayır.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.