InShot_20241007_214151408

Bərdədə itkin düşən qızı qətlə yetirməkdə şüphəli bilinən şəxsin meyiti aşkarlanıb.

Xeber4.az “Report”a istinadən xəbər verir ki, sentyabr ayının 3-də S.Abbaslının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət əməlini 1993-cü il təvəllüdlü Əhmədli Kənan İlyas oğlunun törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Onun meyiti oktyabr ayının 7-də Qarabağ kanalından polis əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.