İstanbulda əhalinin ən çox olduğu İstiqlal küçəsində polis məmuruna arxadan gələn şəxs qəfildən bıçaqla hücum edib.
Xeber4.az “Hüriyyet.com.tr”yə istinadən xəbər verir ki, polis məmuru boynundan bıçaqlanaraq yaralanarkən, hadisəni törədən Oytun İlqar adlı şəxs ərazidən qaçmağa çalışıb.
Kameraya anbaan yansıyan hadisə zamanı yaralı polisin köməyinə digər polis yoldaşı gəlib. Hadisə yerinə dərhal tibb işçiləri gələrək polisi xəstəxanaya çatdırıb.
Hadisəni törədən şüphəli şəxs isə Kasımpaşada bir parkda saxlanılıb.
Bıçaqla hücum edən şəxsi dindirərkən narkotik maddə istifadə etdiyi və əhalinin dincliyini pozmaq kimi cinayət keçmişinin olduğu ortaya çıxıb. Həmin şəxsin psixoloji müalicə aldığı və şizofreniya xəstəsi olduğu iddia edilib.
Bunlarla yanaşı, bu hadisədən bir neçə ay əvvəl həmin şəxs sosial media hesabından da polisə meydan oxuyaraq bu ifadələri işlədib: “O polisi duelə çağırıram. İstərdim ki, kişi-kişi təkbətək döyüşək”.
Qeyd edək ki, yaralı polisin boynuna üç tikiş atılıb və müalicəsi bitdikdən sonra evinə buraxılıb.