
İstanbulun Umraniyə şəhərində polis əməliyyatı zamanı silahlı atışma baş verib.
Xeber4.az “GZT“yə istinadən xəbər verir ki, polis əməkdaşları motosiklet oğurluğu edən şüphəlini yaxalayarkən polisin silahını alan həmin şəxs atəş açıb.
Silahlı insident nəticəsində polis məmuru olan 27 yaşlı Şeyda Yılmaz başından yaralanaraq vəfat edib. Bir polis və cinayətkarın anası isə yaralanıb.
Atəş açaraq bir polis məmurunu öldürən şüphəli Yunus Emre Geçti hadisdən sonra yaxalanaraq tullantı torbasına bükülmüş vəziyyətdə Heyvanlar Bürosunun maşınana mindirilib və Gayrettepe Asayiş Şöbə Müdürlüyündən ədliyyə sövq edilib.
Təqsirkara: “Bir polisi şəhid etdiniz, peşmansınızmı?”,- sualı verilib. o, isə “Mən öldürməmişəm”,- deyərək hiddətlə özünü müdafiə edib.
Hadisəni törədən 19 yaşlı Yunus Emre Geçti adlı şəxsin bundan əvvəl 26 cinayətinin – qəsdən yaralama, zorakılıq, oğurluq, uşağa qarşı cinsi istismar və s. olması məlum olub.
Qeyd edək ki, öldürülən polis məmuru Şeyda Yılmazın həyat yoldaşı da polis əməkdaşı olub.

