InShot_20241009_202751620

Ötən ilin oktyabrından bəri İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 2141 nəfərə çatıb.

Xeber4.az “Unikal”a istinad edərək xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

“Təcavüz başlayandan indiyədək ölənlərin ümumi sayı 2141 nəfərə çatıb, 10099 vətəndaş yaralanıb”, – məlumatda deyilir.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 22 nəfər ölüb, 80 nəfər yaralanıb.