InShot_20241006_221027100

İsrailin cənubunda Beerşeba şəhərində terror aktı törədilib.

Xeber4.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı qadın dünyasını dəyişib, 11 nəfər isə yaralanıb.

Yaralılardan 5 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı İsrail polisi də teleqram kanalında məlumat yayıb.

“Terrorçu zərərsizləşdirilib, cənub bölgəsindən çoxsaylı polis qüvvələri hadisə yerindədir”, – deyə qeyd olunub.