InShot_20241006_224034763

İsrailin cənubunda avtovağzalda baş verən atışmaya ölkənin dövlət orqanları sərt reaksiya verdi.

Xeber4.az “BBC”yə istinadən xəbər verir ki, günorta saatlarında baş verən atışma nəticəsində 19 yaşlı Şira Çaya Suslik adlı polis məmuru həlak olub, on nəfər isə yaralanıb.

İsrailin nəqliyyat naziri Miri Ragev hadisə ilə bağlı bildirib ki, terrorçuların ailələri ölkədən deportasiya edilməlidir:

“İsrail ərazisinə hücumların qarşını almaq üçün çəkindirici cəzanın vaxtı gəlib çatıb”.

Polislər silahlı şəxsi hadisə yerində güllələyiblər. Yaralanan on nəfərin müalicəsi davam etdirilir.

Xatırladaq ki, eyni hadisə bundan əvvəlki həftədə baş vermişdi. Belə ki, İsrailin Tel-Əviv şəhərində silahlı şəxsin atəş açması ilə 7 nəfər həlak olmuşdu.

İsrail müxalifətinin lideri Yair Lapid terrora qarşı sərt hərəkət ediləcəyini bildirib.

Qeyd edək ki, İsrail ordusu ölkəsində qadın polisin öldürülməsindən sonra Qəzza və Livana zərbələr endirib.