
İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın mərkəzindəki Misyaf şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin və yaralananların sayı artıb.
Xeber4.az “RİA Novosti”ə istinadən xəbər verir ki, bu barədə Misyaf dövlət xəstəxanasının baş həkimi Feysal Heydər məlumat verib.
“İsrailin gecə saatlarında Həma vilayətinə hücumu nəticəsində 15 nəfər ölüb, 34 nəfər yaralanıb. Yaralananlar arasında vəziyyəti ağır olanlar da var”, – deyə Heydər bildirib.
Qeyd edək ki, daha əvvəl Suriya Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin Livanın şimal-qərbindən gələn İsrail Hərbi Hava Qüvvələrinin hücumunu dəf etdiyini bildirmişdi. Zərbələrin Suriya ordusunun ölkənin mərkəzindəki bir neçə obyektinə dəydiyi qeyd edilmişdi.