InShot_20240906_205129378

İsrail qüvvələri doqquz günlük əməliyyatdan sonra işğal altında olan İordan çayının qərb sahilindəki qaçqın düşərgəsindən və Cenin şəhərindən geri çəkilib. 

Xeber4.azBBC“yə istinadən xəbər verir ki, 60,000-dən çox əhalisi olan İordan çayının qərb sahilləri İsrail Müdafiə Qüvvələri tərəfindən 9 gün ərzində “terrora qarşı faəliyyət” adı altında əməliyyatlar keçirilib.

Həyata keçirilən əməliyyatlar nəticəsində azı 36 fələstinli ölüb. Ölənlər arasında əsgərlərlə yanaşı, uşaqların da olduğu bildirilir.

Qeyd edək ki, Fələstinin Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, İsrail qüvvələrinin reydlərini gücləndirməsi nəticəsində 600-dən çox fələstinli həlak olub.

İsrailin əməliyyatlar keçirdiyi Cenin şəhəri