İranın İsrailə atdığı raketlərin sayı bəlli olub.
Xeber4.az “Reuters“ə istinadən xəbər verir ki, İran İsrailə 200-ə yaxın raket atıb. İsraildə hücumlarla bağlı həyəcan təbili çalınıb. Sakinlər sığınacaqlara köçürülsə də, aviozərbələr dayandıqdan sonra İsrail sakinlərinə sığınacaqları tərk etməkləri barədə məlumat verib.
Aviozərbələr nəticəsində xəsarət alanlar barədə hələ ki, məlumat verilməyib.
İsrail ordusunun sözçüsü Daniel Hagari bu hücumun nəticələri olacağını söyləyib: “Biz həm müdafiə, həm də hücumda yüksək hazırlıq vəziyyətindəyik. Biz İsrail Dövlətinin vətəndaşlarını müdafiə edəcəyik. Bu hücumun nəticələri olacaq. Planlarımız var və qərar verdiyimiz yerdə və vaxtda fəaliyyət göstərəcəyik”.
Hücumla bağlı adıçəkilməyən yüksək rütbəli məmur “Reuters”ə bildirib ki, İranın İsrailə raket atılması əmrini İran İslam Respublikasının 2-ci Ali Rəhbəri Əli Xamenie verib.
Qeyd edək ki, İran İsrailə raket atdıqdan sonra istənilən cavab tədbirinə tam hazır olduğunu bildirib.