InShot_20241203_002406256

“Hizbullah” hərəkatı bu gün atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq Livanın sərhəd kəndi Kfar Şuba bölgəsində İsrail ordusunun mövqelərinə hücum etdiyini açıqlayıb.

Xeber4.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda “Əl-Mənar” telekanalı məlumat yayıb.

Hərəkat onların hərəkətlərinin İsrailin atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olduğunu qeyd edib.

Xatırladaq ki, noyabrın 27-də İsrail və Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs razılaşması qüvvəyə minib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir