beyrutt

İsrail ordusu Livanın paytaxtına hücum həyata keçirib.

Xeber4.az xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.

“İsrail ordusu Beyrutda yerləşən hədəflərə zərbələr endirib. Təfərrüat açıqlanacaq” – deyə İsrail ordusunun mətbuat xidmətinin açıqlamasında qeyd olunur.

Qeyd edək ki, İsrail hərbi hava qüvvələri sentyabrın 23-də “Hizbullah”ın 150-dən çox obyektinə zərbələr endirib.